Bakıda dayə evdən oğurluq etdi - Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi
Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu özünün yox, azyaşlı uşağının etdiyini deyir.
Musavat.com xəbər verir ki, oğurluq hadisəsi Nərimanov rayonunda, Faiq Yusifov küçəsi 45A ünvanında baş verib. Şahin Ocaxquliyevə məxsus mənzildən oğurluq edilib. Oğurluq hadisəsi evdə dayə işləyən Reyhan Kərimova tərəfindən törədilib. Mənzildən ümumi dəyəri 12 min manat olan qızıl zinət əşyaları oğurlanıb.
Ev sahibi Ş.Ocaxquliyev Nəriman Rayon Polis İdarəsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində Reyhan Kərimova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində cinayət işi açılsa da, həbs edilməyib. Bu qərardan zərərçəkmiş Ş.Ocaxquliev narazı qalıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
“Reyhan Kərimova oğurluğu azyaşlı qızının etdiyini deyir. İşi araşdıran müstəntiq də bu qənaətdədir. Bu isə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bir vətəndaş kimi hüquqlarım pozulub”- deyə narazı vətəndaş baş prokruror Kamran Əliyevə müraciətində qeyd edib.
Ş.Ocaxquliyev hadisə barədə danışan zaman deyib ki, Reyhan Kərimova ifadəsində bildirir ki, qızılları ona azyaşlı qızı taparaq verib.
“Qızı da anası kimi eyni ifadəni verir. Həmin qızıllar bizim evdə mebelin yuxarı hissəsində olub və uşağın onu oradan götürməsi mümkün deyil. Reyhanın 12 yaşlı qızı deyir ki, guya qızılları evdən bir dəfəyə götürüb. Amma bu, mümükün deyil. Çünki qızılların hissə-hissə götürülüdüyünü bilirik. Həmin qızıllar daha sonra qızıl alveri ilə məşğul olan ayrı-ayrı şəxslərə satılıb”- deyə Ş.Ocaxquliyev baş vernləri danışarkən qeyd edib.
Cinayət hadisəsinin tam araşdırılamdığını, Reyhan Kərimovanın məsuliyyətdən yayınmaq üçün cinayəti qızının üzərinə atdığını deyən Ş.Ocaxquliyev rəsmi qurumlara müraciətini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı