29.09.2019 - 13:50
Hadisə 1 baxış

Bakıda dəhşətli qəza: "Kamaz" 44 yaşlı qadının üstündən keçdi

Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: