Bakıda dəhşətli görüntü – avtomobil piyadanı vurub kənara atdı – VİDEO
Bakıda baş verən dəhşətli piyadavurma hadisəsi kameraya düşüb.
Minval.info “avtosfer.az”a istinadən xəbər verir ki, Binəqədi yolunda (Vorovskinin kruqu yaxınlığı) köməkçi yolda əsas yoldakı piyada keçidi ilə yolu keçməyə çalışan kişini “Nissan” markalı avtomobil vurub. Nəticədə piyada dünyasını dəyişib.
Görüntülərdən aydın olur ki, piyada görüntü məhdudiyyəti olan yerdən qəfil piyada keçidinə qaçır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Bu zaman sürətlə hərəkət edən avtomobil ona çırpılır.
Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu keçməmişdən əvvəl avtomobillərin dayanıb ona yol verməsinə əmin olmalıdır.
Eyni zamanda nizamlanmayan piyada keçidinə çatanda sürücülər mütləq şəkildə sürəti azaltmalıdırlar.
Bu iki qayda pozulduğu üçün bu cür ağır nəticə verib.
Görüntüləri təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı