Bakıda DƏHŞƏT - Gənc oğlan kirayədə yaşayan anası və bacısını amansızlıqla öldürdü - VİDEO
Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksində baş verib.
Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 1968-ci il təvəllüdlü Fatma Vafa qızı Həmzəyevadır.
Gənc qızın boğazının kəsildiyi və anasının isə bədəninə çoxsaylı bıçaq zərbələri vurulduğu deyilir.
Gənc oğlan amansız cinayəti qısqanclıq səbəbindən edib. Deyilir ki, o, ana və bacısını keçirdikləri həyat tərzinə görə öldürüb.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Hüquq mühafizə orqanlarından BAKU.WS-ə hadisəni təsdiqlədilər. Bildirildi ki, dəhşətli qətli törətməkdə şübhəli olan şəxs axtarışa verildiyi üçün hələlik onun kimliyi açıqlanmır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək