Bakıda bu küçələrdə marşrutlar dəyişir: Hansı yollarda diqqətli olmalı?
Bakının Şıxəli Qurbanov küçəsində Füzuli küçəsi ilə Salatın Əsgərova küçəsi arasında aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq olunub.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu məhdudiyyətlərə görə 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların avqustun 7-dən 10-dək Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə hərəkət edəcəyini açıqlayıb. Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə hərəkət edəcək.
14 və 96 nömrəli marşrutlar isə Füzuli və Abdulla Şaiq küçələri ilə, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi ilə hərəkət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı