Bakıda biznesmenin arvadını kim öldürüb? - DƏHŞƏTLİ FAKTLAR
Dünən Bakı şəhərinin Xəzər rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş, 1986-cı il təvəllüdlü Kütahi Məlikova naməlum şəxs və ya şəxslər tərəfindən amansızlıqla öldürüləndən sonra evdə axtarış aparılıb. Qarət məqsədi ilə evə girmiş şəxslər mənzildə pula tapa bilməsə də, xeyli qızıl oğurlayıblar.
Bildirilir ki, hadisə vaxtı ailənin 2 övladı məktəbdə olub. Xalça biznesi ilə məşğul olan ailə başçısı isə işi ilə əlaqədar evi tərk edibmiş.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
İlkin araşdırmalar zamanı məlum olub ki, qarət məqsədi ilə evə daxil olan şəxs və ya şəxslər qadını bıçaqlayandan sonra onun boğazını kəsərək öldüyünə əmin olmağa çalışıblar.
Hazırda dəhşətli cinayətlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək