13.08.2022 - 17:50
Hadisə 33 baxış

Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi

Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

BAKU.WS xəbər verir ki, hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib.

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: