Bakıda beş nəfər itkin düşüb - İkisi məktəblidir
Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.
Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər.
Hazırda yeniyetmələrin axtarışları davam edir.
Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də, günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DSX: Xəzərdə balıqçı gəmisi batıb, 4 nəfər xilas edilib
Qazi Elvin Cəfərovla bağlı RƏSMİ MƏLUMAT
Bakıda sağlamlıq mərkəzi yandı
İcra başçısının birinci müavini vəfat etdi
AVRO-2020: 1/8 finalın son iki qarşılaşması keçiriləcək - AFİŞA