Bakıda bank işçisi koronavirusa yoluxdu — Filial bağlandı
“Minval.info”nun modern.az-a istinadən verdiyi məlumatına görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.
Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.
R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVID-19 virusuna yoluxub:
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.
Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
