Bakıda bacısının “Lexus”unu təpiklədi - o isə polisə şikayət etdi
Bakının Nəsimi rayonunda bacı doğma bacısından polisə şikayət edib.
“Minval.info” xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib.
Belə ki, noyabrın 6-da, Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Ç.Q. polisə müraciət edib. O bildirib ki, həmin gün saat 13:00 radələrində Neftçilər prospekti 147-nin qarşısında “Lexus” markalı 99-LX-222 dövlət nömrə nişanlı avtomobilinin qapısını bacısı 1991-ci il təvəlüdlü Ü. təpiklə əzib.
Bundan başqa, Qaradağ rayonunda analoji hadisə baş verib.
Dünən saat 13:08-də, Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, ev 12-də yaşayan 1994-cü il təvəllüdlü Balaqardaş Qabil oğlu Cəfərov “102” xidmətinə zəng edərək, həmin gün saat 12:00 radələrində evinin qarşısında “Mercedes” markalı 99-TE-154 dövlət nömrə nişanlı avtomobilinin şüşəsinin Şəhla adlı tanışı tərəfindən sındırıldığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"