Bakıda azərbaycanlı gənclər ərəblərin evinə basqın etdi
Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulub.
Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov faktı “Report”a təsdiqləyib.
O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.
Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.
report.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
““Audi”də qəzanı törədən o idi, sonradan ortaya başqa sürücü çıxdı”
Maşını təmir edən usta həlak oldu
Bakıda yağan güclü yağış uçquna səbəb oldu – FOTO/VİDEO
Vətən Müharibəsinin səmadakı qəhrəmanları - PUA
Bakıda məhkəmə binasını yandırmaq istədi
Paşinyan Qarabağda müharibə istəyir