13.08.2022 - 17:43
Hadisə 22 baxış

Bakıda avtomobillə moped toqquşub, sürücü ölüb

Bakıda avtomobillə moped toqquşub, sürücü ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 12-si saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun idarə etdiyi moped toqquşub. Nəticədə Q.Əhmədov hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: