Bakıda ailə dramı: Ata-oğul mübahisəsi məhkəmədə bitdi
Bakının Sabunçu rayonunda ailə münaqişəsi məhkəmə işinə çevrildi. 46 yaşlı bir kişi, oğluna xəsarət yetirdiyi iddiası ilə məhkəməyə verildi.
Minval.info xəbər verir ki, hadisə keçən ilin dekabr ayında, gecə saatlarında baş verib. Cəbrayıl rayonundan olan 1980-ci il təvəllüdlü Rahil, oğlu Zaur ilə yaşadıqları evdə mübahisə edib.
Mübahisə zamanı Zaur atasına qarşı nalayiq ifadələr işlədib. Bu, atanın qəzəblənməsinə səbəb olub və o, oğlunun üzünə bir zərbə endirərək xəsarət yetirib.
ƏLAQƏLİ
İrandan Azərbaycana narkotik axını: Sərhədçilər 7,5 kiloqramlıq qaçaqmalçılığı necə dayandırdı?
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə prosesində təqsirləndirilən şəxs, zərərçəkmişlə barışdığını və ziyanın tam ödənildiyini bildirib. Zərərçəkmiş də eyni fikirdə olduğunu və şikayətinin olmadığını qeyd edib.
Nəticədə, Sabunçu Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vüqar Məmmədovun məhkəməsində "işgüzar nüfuz" davası: Kimlər şikayətçidir?
Atasına cavab qaytaran qızın dramı: Barışıq məhkəməni necə dəyişdi?