14.09.2019 - 11:42
Hadisə 1 baxış

Bakıda ağır qəza: İki maşın aşdı - VİDEO

Hava limanı yolunda baş verən dəhşətli qəza kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək, “Ford” markalı mikroavtobusa dəyib.

Bu zaman “Ford” hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılıb.

Ardınca isə bir neçə dəfə çevrilərək aşıb. Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib.

Hadisə nəticəsində hər iki sürücü yaralanıb. “Ford”un daşıdığı yük isə yola səpələnib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: