Bakıda 30-a yaxın ağac aşdı: Gücləndirilmiş iş rejimi tətbiq olundu – Foto
Bakıda 30-a yaxın ağac aşaraq fəsadlar törədib.
Bunu Trend-ə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, hadisə baş verən yerlərə işçi qüvvəsi cəlb olunub:
“Ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın budaqlarının sınması və aşması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar oradan götürülüb”.

Şöbə rəisi qeyd edib ki, qurum ötən gecədən etibarən gücləndirilmiş iş rejiminə keçib:
“Bitkilərin mühafizəsi idarəsinin 30-a yaxın əməkdaşı gücləndirilmiş iş rejiminə keçib. Onlar ötən gecədən iş başındadırlar”.
Qeyd edək ki, aşan ağacların bir neçəsi yaxınlıqda park edilən avtomobillərə də ziyan vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi