Bakıda 27 yaşlı müəllim intihar etdi
Bakıda 27 yaşlı müəllim özünü yaşadığı binanın pəncərəsindən atıb.
“Minval.info” xəbər verir ki, bu barədə Oxu.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:
“121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.
Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.
Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rauf Arifoğlunun labüd qələbəsinin sirri - Taleh Şahsuvarlı yazır
Qəbristanlıqdan 2 000 manatlıq oğurluq edən şəxs saxlanıldı
Qripə yoluxan şagirdlərin sayı artır - Məktəblərdə davamiyyət necədir?
Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi
Evdə “Qədiri-Xum” mərasimi keçirənlər həbs olundu
Evlərdən xüsusi üsulla oğurluq edən Günay tutuldu