Bakıda 18 yaşlı oğlan özünü öldürüb, yoxsa qətlə yetirilib? - Müəmma
Qarşılıqsız sevgi gənc oğlanı intihara sövq edib.
Bu barədə Nizami Rayon Prokukorluğundan məlumat verilib.
Xatırladaq ki, 26 may 11:30 radələrində Qara Qarayev prospektində yerləşən 16 mərtəbəli yaşayış evinin doqquzuncu mərtəbəsinin eyvanından Şirvan sakini, 18 yaşlı Şahin Hafiz oğlu Hüseynov özünü atıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Son dəfə qonaq etdiyi əmisi oğlunun bildirdiyinə görə, intihara səbəb qıza olan sevgisidir. O, aralarında intihardan bir neçə dəqiqə əvvəl oğlanın narahatlıqları barədə danışıq olduğunu bildirib. Qardaşı ona hər şeyi ürəyinə yaxın qəbul etməməyi və ağılsızlıq etməməyi bildirib və digər otağa keçib. Ş.Hüseynov az sonra “Əlvida” deyə qışqırıb və pəncərədən özünü atıb.
Ş.Hüseynovun kompüter proqramları üzrə müəllimi Pərviz Əkbərov oxu.az-a bildirib ki, gənc xəbərlərdə yazıldığı kimi Bakıda fəhlə işləmirdi, Bakıda qonaq idi.
Onun sözlərinə görə, intihar vaxtı onun yanında atasının bacısı oğlu olub. Ş.Hüseynov pəncərənin ağzına oturub, gödəkçəsini çıxarıb, sağollaşıb və özünü aşağıya atıb.
“Şahini balaca vaxtından tanıyırdım, gözümün qabağında böyüyüb. Həmişə hündürlükdən qorxurdu. Ona görə də inanmıram ki, o, intihar etsin. Buna onun doğmaları da inanmır. O, həyatı sevirdi. Dünən yasda idim, orada onun yaxınlarını gördüm. Ölməmişdən əvvəl evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib” – müəllimi deyir.
Hazırda faktla bağlı araşdırmalar davam edir. Məlumatlara görə, nəticə bunun intihar olduğunu sübut edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı