Bakı univermağından özbəkistana: Qızıl dələduzluğunun heyrətamiz ssenarisi
Bakı şəhərində qızıl mənimsəməkdə ittiham olunan Özbəkistan vətəndaşı Guzal Mamatovanın məhkəmə işi başa çatıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Fəxri Məmmədovun rəhbərliyi ilə G.Mamatovaya 6 il 6 ay həbs cəzası verilib.
Guzal Mamatova əvvəllər Bakıda “Moskva” univermağında qızıl satışı ilə məşğul olub və burada qazandığı etibardan istifadə edərək, tanıdığı şəxslərin qızıllarını Özbəkistanda satmaq adı ilə mənimsəyib. Bu yolla yarım milyon manat dəyərində qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb və istintaq müddətində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi