Bakı-Tiflis qatarında yeni dövr: Bilet satış müddəti uzadıldı!
Bakıdan Tiflisə səyahət etmək istəyənlər üçün müjdəli xəbər var. Azərbaycan Dəmir Yolları QSC, Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə sərnişinlərin rahatlığını artırmaq məqsədilə bilet satış müddətini uzadır.
Minval.info xəbər verir ki, yeni sistemə əsasən, bilet satış müddəti mərhələli şəkildə artırılacaq. Artıq sərnişinlər 44 gün əvvəldən bilet ala bilirlər və bu müddət yaxın zamanda 90 günə qədər genişləndiriləcək.
Bu dəyişiklik, sərnişinlərə səyahətlərini daha erkən planlaşdırmaq imkanı verəcək, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri üçün hazırlıqları asanlaşdıracaq. Eyni zamanda, satış müddətinin uzadılması, ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa və lazım gəldikdə əlavə vaqonların qoşulmasına imkan yaradacaq.
ADY, Bakı–Tiflis–Bakı marşrutu üzrə əlavə reyslərin təşkili üçün işlərini davam etdirir. Gürcüstan tərəfinin hazırlıqlarını tamamlaması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır