Bakı metrosunun çıxışında qəribə xəbərdarlıq: "Sən Allahdan qorxmursan?" (FOTO)
Bakıda “İnşaatçılar” metrosunun çıxışında vurulan xəbərdarlıq hamının marağına səbəb olub.
Minval.info bizimyol.info-ya istinadən xəbər verir ki, metronun “İnşaatçılar” stansiyasının çıxışına vurulan xəbərdarlıqda Səbinə adlı qadına müraciət edilir. Kiminsə ailəsini dağıtmaq üzrə olan Səbinə adlı xanıma xəbərdarlıq edilərək, məqsədindən əl çəkməyəcəyi təqdirdə onların ikisinin də (qızın və oğlanın) şəklini Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi “Səni axtarıram” verilişinə verəcəyini bildirib.
Xəbərdarlıq insanların marağına səbəb olub və sosial şəbəkələrdə müzakirə edilməyə başlayıb.
Xəbərdarlıqda adı keçən xanım aparıcı Xoşqədəm Hidayətqızı məsələyə hələ ki reaksiya verməyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?