Bakı metrosunda yenilik: 'Həzi Aslanov' stansiyasının dalan yolu 2026-cı ildə tamamlanacaq
Bakı Metropoliteninin ‘Həzi Aslanov’ stansiyasının dalan yolunda həyata keçirilən təmir işlərinin 2026-cı ilin noyabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.
Minval.info xəbər verir ki, ‘Bakı Metropoliteni’ QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə məlumat verib. O bildirib ki, hazırda ərazidə yol infrastrukturu və kommunikasiya xətləri üzərində işlər davam etdirilir.
Yaxın günlərdə media nümayəndələri üçün əraziyə səfər təşkil ediləcək və onlar işlərin gedişatı ilə yerində tanış ola biləcəklər. Noyabr ayının sonunda dalan yolunun istifadəyə verilməsi planlaşdırılır. Bu işlər tamamlandıqdan sonra qatarlar ‘İçərişəhər’ stansiyasından ‘Həzi Aslanov’ stansiyasına birbaşa hərəkət edəcək.
Xatırladaq ki, ‘Həzi Aslanov’ stansiyasının dalan yolu 2024-cü il noyabrın 30-dan etibarən təmirə bağlanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır