Bakı metrosunda gecə çəkilən müəmmalı şəkillər, rels üzərində poza... - Əslində nə baş verir? (Cavab)
Bu gün Bakı metropolitenindən çəkilən fotolar diqqət mərkəzinə düşüb.
Minval.info xəbər verir ki, gənc qızın relslər üzərində dayanaraq poza verməsi və gecə saatlarında “Nəriman Nərimanov” metro stansiyasında olması müzakirələrə yol açıb.
Ardınca isə oxşar foto minval.info-nun redaksiyasına göndərilib. Belə ki, həmin şəkildə biri oğlan, ikisi qız olmaqla 3 gənc yer alıb. Onların da belə foto çəkdirməsi maraq doğrurub.
Minval.info Bakı Metropoliteni QSC ilə əlaqə saxlayıb və qurumdan bildirilib ki, icazə alındıqdan sonra bu barədə məlumat veriləcək.
Lakin saytımız “Nəriman Nərimanovda” film çəkilişlərinin aparıldığını özündə əks etdirən foto əldə edib.
Eyni zamanda, ekran işinin adının “Qaynana 2” olduğu məlum olub. Fotodakı gənclər isə çəkiliş heyətinin üzvləridir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclis rəhbərliyi şəhid jurnalistlərin ailələrinə başsağlığı verib
Duqina buna görə öldürüldü
Lotu Quli Azərbaycana ekstradisiya ediləcək - SƏBƏB
Karantin rejimində bunu edən şəxslər 3 il həbs oluna bilər



