Bakıda yeni yerüstü metro stansiyası açılır – Tarix bəlli oldu
Bakı metropoliteninin şəbəkəsində sayca üçüncü yerüstü stansiyanın istifadəyə veriləcəyi vaxt rəsmən bəlli olub. Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.
Minval.info xəbər verir ki, qurum rəsmisinin sözlərinə görə, stansiyanın platforma hissəsində inşaat işləri artıq yekunlaşmaq üzrədir. Bu mərhələ tam başa çatdıqdan dərhal sonra digər infrastruktur və quraşdırma işlərinə start veriləcək. Yeni obyektin 2028-ci ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Layihəyə əsasən, növbəti yerüstü stansiya metronun “yaşıl” xəttinin “Dərnəgül” elektrik deposunun ərazisində inşa edilir.
Məlumat üçün bildirək ki, hazırda paytaxtda yalnız iki yerüstü metro stansiyası – “Bakmil” və “Xocəsən” fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub
Milli Məclis kollektivi Zəfər parkını ziyarət etdi
Formula 1 Azərbaycan Qran-Prisindən sonra nəqliyyat bərpa olundu
Laçın və Kəlbəcərdə şəhidlərin xatirəsi anıldı
Bakı küçələrində nəqliyyat hərəkəti Formula 1 sonrası bərpa olundu