Bakı metropolitenində yayılan şəkillər barədə - RƏSMİ AÇIQLAMA
Bu gün Bakı metropolitenindən çəkilən fotolar diqqət mərkəzinə düşüb.
Minval.info xəbər verir ki, gənc qızın relslər üzərində dayanaraq poza verməsi və gecə saatlarında “Nəriman Nərimanov” metro stansiyasında olması müzakirələrə yol açıb.
Ardınca isə oxşar foto minval.info-nun redaksiyasına göndərilib. Belə ki, həmin şəkildə biri oğlan, ikisi qız olmaqla 3 gənc yer alıb. Onların da belə foto çəkdirməsi maraq doğrurub.
Minval.info-nun araşdırması nəticəsində bu şəkillərin “Qaynana 2” bədii filminin çəkiliş heyyətinin üzvlərin tərəfindən çəkildiyi bəlli olub.
Eyni zamanda “Bakı Metropoliteni” QSC yaydığı açıqlama da bu fatı təsdiqləyib: “Addım” gənclər təşkilatının müraciəti və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında “Gənclik» və «Nəriman Nərimanov» stansiyalarında «Qaynana» filminin çəkilişləri aparılıb. Fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir.
Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb”.
Dəniz
Minval.info
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
