Bakı dünyanın ən təhlükəsiz ölkələri sırasında neçənci yerdədir?

“The Economist” jurnalı 2021-ci il üçün hazırladığı hesabatda dünyanın ən təhlükəsiz şəhərlərini açıqlayıb.
Minval.info xəbər verir ki, hesabatda Bakı “Təhlükəsiz Şəhərlər İndeksi 2021” (Safe Cities Index) reytinqinə görə dünyanın 70 ən təhlükəsiz şəhərləri sırasındadır. Reytinqdə göstərilən şəhərlər səhiyyə və şəxsi təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik olmaqla 4 göstərici üzrə 56 indikatora əsasən dəyərləndirilib.
Qeyd edək ki, məşhur jurnal hər iki ildən bir bu şəhərlərin siyahısını hazırlayır. Bu ilki hesabatda Danirmarkanın paytaxtı Kopenhagen 82.4 balla birinci yeri tutub. Siyahıda Bakı şəhəri 52-ci yeri tutub.
Postsovet məkanından isə yalnız iki şəhər – Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə yüksələ bilib.
İlk 3-lük isə belə sıralanıb:
1. Danimarka, Kopenhagen
2. Kanada, Toronto
3. Sinqapur
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Türkiyənin müdafiə sənayesinin sürətli inkişafı İsraildə diqqət çəkir
Maya dişçilərinin qədim bacarıqları: Yad daşla bəzədilmiş diş
Avropanın ən yaşıl şəhəri haradadır? 2028 üçün səkkiz finalçı açıqlandı