Bakı Beynəlxalq Avtovağzalında gözlənilən yeniliklər (FOTO)
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBA) yeniliklər tətbiq olunub və bundan sonra da sərnişinlərin rahatlığının təmin edilməsi üçün digər yeniliklər tətbiq olunacaq.
Bunu Minval.info-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, artıq avtovağzalda kassalar sərnişinlərin gözləmə zalarına yaxınlaşdırılıb: “Əvvəl kassalar sərnişinlərin gözləmə zallarından aralı yerləşdirilmişdi, indi isə gözləmə zallarının yanındadır. Kassaların üzərində də məlumat lövhələri yerləşdirilib. Lövhələrdə nəqliyyat vasitələrinin hərəkət cədvəli, beynəlxalq və şəhərlərarası avtobuslarda əl və baqaj yüklərinin aparılma qaydası və başqa məlumatlar əks olunur. Məlumatlar Azərbaycan, rus və ingilis dillərindədir”.
O vurğulayıb ki, yaxın zamanlarda daha fərqli məlumat lövhələri də quraşdırılacaq:
“Həmin lövhələrdə maarifləndirici məlumatlar, hansı hallarda “qaynar xətt”ə müraciət edilməsi, daşıyıcı şirkətin və sürücünün vəzifə və öhdəlikləri, müntəzəm marşrutların hansı rayonlardan keçərək təyinat nöqtəsinə çatması göstəriləcək. Yəni sərnişinlər lazım olan bütün məlumatları lövhələrdən əldə edə biləcəklər”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!