Bacısının azyaşlı qızına dəfələrlə taciz edib - Azərbaycanda şok olay
Bakıda seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, paytaxtın Binəqədi rayonunda azyaşlı Nəzrin Məmmədova dayısı Ramil Mehdiyev tərəfindən (ad və soyad şərti verilib – red.) cinsi qısnamaya məruz qalıb.
O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Ramil Mehdiyev həbs edilib.
İstintaq orqanı tərəfindən Ramil Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Mehdiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ramil Mehdiyev apelyasiya şikayəti verib. O, şərlənərək həbs edildiyini, günühasız olduğunu qeyd edib.
Ramil Mehdiyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, Ramil Mehdiyevin barəsində olan cəzanın yüngül olduğunu qeyd edib. Qanuni nümayəndə Ramil Mehdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar qəbul edilib.
Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.
ƏLAQƏLİ
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı