Bacısını və polis əməkdaşını öldürmək istəyən şəxsə hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə bacısını və polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Elçin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info “report”a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E.Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il mayın 30-da Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. İttihama görə, Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.
Həmin ünvana daxil olarkən V.Cəfərova azyaşlı qızı ilə birlikdə polislərə yaxınlaşıb. Bu zaman E.Cəfərov əlindəki bıçaqla sonuncunu təqib edərək ona xəsarətlər yetirməklə qəsdən öldürməyə cəhd göstərib.
Daha sonra E.Cəfərov xidməti vəzifəsini həyata keçirməklə Vüsalə Cəfərovanın öldürülməsinin qarşısını alan rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirərək qəsdən öldürməyə cəhd göstərib.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”
Yasamalda 3 kişi qadını zorakılıqla öldürdü
24 yaşlı oğlan 47 yaşlı qadına elçi çıxdı - VİDEO - FOTO
Nurlanın gündəmə gəlmə olayı... - Baş verənlərin TƏFƏRRÜATI (FOTOLAR)
Bakıda musiqiçilərdən etiraz: "Bundan sonra..." - VİDEO