Bacısını oğlanla görüşə göndərib sonra şantaj edirmiş - Bakıda utancverici cinayət
Bakıda şantajla məşğul olmaqda təqsirli bilinən 5 nəfərdən ibarət cinayətkar dəstənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Minval.info ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Məhkəmə hazırlıq iclası oktyabr ayının 23-nə təyin olunub.
Qeyd edək ki, paytaxt ərazisində qabaqcadan əlbir olan dəstə üzvləri İ.Məmmədli adlı şəxsi qrup üzvü olan qadınlardan biri ilə görüşdürdükdən sonra onu şantaj etməyə başlayıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa hədə-qorxu gələrək pul tələb edən dəstənin üzvləri Əliyev Xəqani Sabir oğlu, Əsgərov Əlizamin Şəmsəddin oğlu, Mirzəyeva Elnaz Şəmsəddin qızı, Əhmədova Humay Eldar qızı və Şahmuradov Rizvan Bəxtiyar oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.
Qeyd edək ki, tutulan şəxslərdən ikisi bacı-qardaşdır.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək