Babək prospektində su borusu partlayıb: “Azərsu”dan

Bakının Babək prospektində su borusu partlayıb.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb.
Borunun partlaması həmin yolda nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.
“Babək prospektində magistral su xəttində qəza olub.”
Bu barədə Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, qurum əməkdaşları hadisə yerinə cəlb edilib:
“Sözügedən ərazidən bir neçə magistral xətt keçir. Həmin xətlərdən birində qəza baş verib. Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?