Babək prospekti çökdü və deformasiyaya uğradı - Videolar
Ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.
Minval.info-nun xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a hadisə ilə bağlı açıqlama verib.
O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib:
“Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”.
AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətləri çəkilməsi ehtimal olunur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.
Eyni zamanda bildirək ki, həmin ərazidə təmir işləri aparılarkən yol kənarında yerləşən irili-xırdalı ticarət obyektlərinin sahibləri gəlirlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsindən şikayətlənirdi. Onlar iş yerlərinin həftələrlə iflic vəziyyətinə gəlməsindən narazılığını bildirirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi