Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunub FOTO YENİLƏNİB
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilib.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
O, yaşadığı Qarayusifli kənd qəbiristanlığında yaxınlarının yanında torpağa tapşırılıb.
***
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilir.
Minval.info “Report”a istinadən xəbər verir ki, dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edir.
A.İsgəndərova yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.












Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ağır qəza - 3 avtomobil toqquşdu
Azərbaycanda "təhlükəsizlik orqanı rəsmisi” saxlanıldı - Foto
Zakir Qaralov vəzifəsindən getdi
Daha bir rayonda yoxlamalar başladı
Müharibə zamanı ermənilərin "S-300"-ü belə məhv edilib - VİDEO
Səlim Müslümov ev dustaqlığına buraxılıb