07.01.2021 - 11:10
Kriminal
21 baxış
Bələdiyyə sədrinin meyitinin yanından narkotik tapıldı - onunla gələn qız axtarılır
İsmayıllı rayonunda meyiti tapılan Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun ölümü ilə bağlı detallar məlum olub.Minval-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq qız tanışı ilə orada gecələyib.
Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib.
İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
11.10.2026 - 11:34
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
10.10.2026 - 16:38
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
10.10.2026 - 11:18
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
09.10.2026 - 17:58
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
09.10.2026 - 16:58
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
09.10.2026 - 16:08
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı
07.10.2026 - 16:08