“Bələdiyyələr bu qanunsuzluğu təkbaşına etməyib”
“Bələdiyyələrin səlahiyyət və məsuliyyətinin dəqiq sərhədləri müəyyən edilməlidir. Çünki hazırda yerli icra və bələdiyyə orqanlarının səlahiyyət və məsuliyyətində qarışıqlıq var. Təyin olunan icra orqanları seçilmiş bələdiyyə orqanlarından daha yüksək səlahiyyətlərə malikdir. Bu da siyasi və idarəetmə məntiqinə uyğun deyil”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bələdiyyələrin adı daha çox qanunsuz torpaq satışı və tikililər məsələsində hallanır. Ancaq unutmaq lazım deyil ki, bələdiyyələr heç vaxt bunu təkbaşına edə bilməz:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Azərbaycanda 14 dövlət orqanı var ki, tikintilərə birbaşa nəzarət etmək funksiyası var. Bələdiyyə günahkardırsa, bəs yerdə qalan orqanlar hara baxırlar? Niyə nəzarət yoxdur? Hesab edirəm ki, əgər səlahiyyət və məsuliyyət bölgüsü dəqiqləşəcəksə, o zaman bələdiyyələrin də məsuliyyəti artacaq. Hazırda bələdiyyələrin qazanc imkanları geniş deyil. Azərbaycanda bələdiyyələrin büdcəsi çox azdır. Büdcə, gəlir yoxdursa, onlar da torpaq məsələsinə fokuslanırlar ki, bu da nəticədə ciddi problemlərə səbəb olur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var