AzTV-nin vəfat edən rejissoru vaksin olunmuşdu?

Ötən gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru 54 yaşlı Arzu Məmmədova və həyat yoldaşı koronavirusdan vəfat edib. Ailə üzvlərinin eyni gündə vəfatından sonra televiziya əməkdaşının 2 doza peyvənd olunduğu, buna baxmayaraq COVID-19-a qalib gələ bilmədiyi haqda iddialar səsləndirilib.
Sosial şəbəkələrdə yayılan iddialarla bağlı “Qafqazinfo” TƏBİB-ə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, A. Məmmədova yalnız bir doza vaksin qəbul edib:
“Araşdırma nəticəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru Məmmədova Arzu Mövlud qızının 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət etdiyi və peyvənd olunduğu məlum olub. Daha sonra A.Məmmədovanın 23 avqust tarixində PCR testi müsbət nəticə olaraq qeydə alınıb. İlk doza ilə ikinci doza arasında 28 gün müddət gözlənildiyindən A.Məmmədova 2-ci doza vaksin vurdurmayıb”.
TƏBİB-dən həmçinin bildirilib ki, yalnız hər iki dozanı qəbul etmiş şəxslər vaksin olunmuş sayılır.
Qeyd edək ki, A.Məmmədova AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi