AzTV-dən 9 işçi niyə qovuldu?
AzTV-də işdən çıxarılan 9 sürücü şirkətdən yanacaq oğurluğu edib. Bu, konkret faktlarla sübuta yetirilib. Hazırda AzTV bu barədə (8 nəfər haqqında) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər haqqında) Laçın Rayon Məhkəməsinə müraciət edib.
Bu barədə Axar.az-a Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Bu gün ölkədə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamaq qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişləri var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerindən oğurluq edə bilər. Özü də müraciətdə adları çəkilən bəzi sürücülər təxminən 1 il əvvəl də maşından yanacaq çəkdiklərinə görə əməkdaşlar tərəfindən tutulub. Amma izahatları alınaraq töhmət verilib və işə qaytarılıb. Lakin yenidən bu əmələ at atıblar. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi AzTV bu barədə özü mediaya açıqlama verəcək”, – şöbədən bildirilib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qeyd edək ki, mətbuatda AzTV-nin 9 sürücüsünün böhtan atılaraq işdən çıxarıldığını iddia etməsi və bununla bağlı I vitse-prezidentə müraciət ünvanlaması barədə məlumat yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı