Azərbaycanda yüksəksürətli qatarlar niyə yoxdur?
Çində yüksək sürətli qatarlar saatda 300-400 kilometr sürətlə hərəkət edərkən, Azərbaycanda qatarların maksimal sürəti 160 kilometrdir. Bu fərqin səbəbləri və yüksəksürətli qatarların Azərbaycanda istifadəsinə mane olan amillər nədir?
Minval.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bu məsələyə aydınlıq gətirib. O bildirib ki, Azərbaycanda qatarların sürəti icazə verilən həddə olur və bu, təhlükəsizlik və infrastruktur məsələləri ilə bağlıdır. Qatarların sürəti saatda 160 kilometrə qədər olsa da, dəmir yollarında bu hədd 140 kilometrə qədər icazə verilir.
Bəxtiyar Hacıyev əlavə edib ki, yüksək sürətli qatarlar üçün tamamilə yeni infrastruktur yaradılmalıdır. Bu, relslərin və digər komponentlərin dəyişdirilməsini və yeni qatarların alınmasını tələb edir. O, həmçinin qeyd edib ki, Çində yüksək sürətli qatarların istifadəsi geniş məsafələrə görə zəruridir, lakin Azərbaycanda məsafələr daha qısadır və bu səbəbdən belə qatarların istifadəsi üçün tələbat daha azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır