Azərbaycanda iki vəzifəli şəxs güllələndi
Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 1-də gecə saatlarında baş verib.
Milli Parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri Arif Cəfərov və Böyükişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.
Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq, hadisə yerindən qaçan brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzildə yanğın, ölən var
Azərbaycanda dəhşət: Vəhşi heyvanlar tərəfindən parçalanan meyit tapıldı
Bakıda narkotik tacirləri ələ keçdi - FOTO
Ötən il Azərbaycanın Xəzərdə aşkarladığı silah-sursatların sayı açaqlanıb
"Xalıq Faiqoğlu"ya məxsus sərnişin avtobusu qəzaya düşdü - FOTOLAR
Porno videolar çəkib yayan şəxs Bakıda yaxalandı
Azərbaycanda iki maskalı avtomatdan atəş açdı...