Azərbaycanda hərbi qulluqçuların əməkhaqları artırılacaq
Oktyabrın 1-dən etibarən Azərbaycanda hərbi qulluqçuların maaşlarının artırılması planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən əlavə 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Minval.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun verdiyi məlumata görə, artım hərbi qulluqçuların tutduqları vəzifə və daşıdıqları rütbəyə uyğun şəkildə həyata keçiriləcək. Bu, 2026-cı ildə müxtəlif sahələrdəki əməkhaqqı artımlarının davamı kimi qiymətləndirilir.
Daha əvvəl tibb işçilərinin və dövlət qulluqçularının maaşlarında artımlar reallaşdırılıb. Vüqar Bayramov əlavə edib ki, dövlət tərəfindən maliyyələşdirilən qurumlarda çalışanların əməkhaqlarının mərhələli və davamlı şəkildə artırılması prioritet istiqamətlərdən biridir.
Hərbi qulluqçuların maaşlarının yüksəldilməsi onların sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Mövcud büdcə imkanları və 2027-ci il üçün hazırlanan dövlət büdcəsi layihəsi də əməkhaqqı artımlarının gələn il davam etdirilməsi üçün imkanların olduğunu göstərir.
2027-ci ildə sosial istiqamətlər üzrə 17 milyard manatdan çox vəsaitin ayrılması planlaşdırılır. Bu da sosial ödənişlər və əməkhaqları ilə bağlı artımların növbəti ildə də mərhələli şəkildə davam etdirilə biləcəyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada maaşlar artır, amma əhalinin maddi vəziyyəti yaxşılaşmır
Qətərdən Avropa və Asiyaya qaz tədarükü təxirə salındı
ABŞ və Çin arasında 60 milyard dollarlıq ticarət razılaşması
MTV VMA 2026: Taylor Swift yenidən tarix yazdı
ABŞ və Çin Tramp-Xi sammitindən sonra tarif endirimlərini müzakirə edir
Azərbaycan neftinin qiyməti yüksəldi
Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər