Azərbaycan xəzinə ödənişləri 2 saata endiriləcək
Azərbaycanda xəzinə ödənişlərinin icra müddətinin 2 saata endirilməsi nəzərdə tutulur. Bu barədə Publika.az-ın Report-a istinadən verdiyi məlumata görə, maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” konfransında açıqlama verib.
Nazir bildirib ki, əvvəllər ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda bu müddət maksimum 10 saata endirilib. Gələcəkdə isə bu müddətin 2 saata qədər azaldılması planlaşdırılır.
Bu dəyişikliklər elektron müqavilə sistemi, yeni xəzinə modulu və elektron mühasibat sisteminin tam istifadəyə verilməsi ilə əlaqədardır. Bu sistemlər, dövlət satınalmaları üzrə müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə qədər olan bütün prosesləri əhatə edir. Həmçinin, dövlət aktivlərinin reyestrində uçotun aparılmasına və vahid məlumat bazasının formalaşdırılmasına xidmət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bu məhsulların ixrac tarifi 20 dəfə artırılır
Meta gəlirini artırdı, cərimələrdən yaranan zərərləri azaldır
Azərbaycanda bəzi gömrük rüsumları sabahdan 100 dəfə artırılacaq
Dünyada palma yağı bu yağla əvəz olunacaq
Qazaxıstan təmiz enerji investisiyalarını artırmaq niyyətindədir
Fermerlərin örüş torpaqları ilə bağlı narahatlığı artır
28 günlük tarif paketləri vətəndaşları qane edir?