İqlim təsirləri də xroniki stres yaradırmış
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölgəsi ilə bağlı yayımladığı son hesabatda, iqlim böhranının xüsusilə gənclərə psixoloji təsirlərinin artdığı vurğulanıb. Publika.az-ın məlumatına görə, bu təsirlər səbəbindən Avropa ölkələrinin əqli sağlamlıq məsələlərini iqlim siyasətinə daxil etməsi tövsiyə olunur.
Hesabata əsasən, iqlim təsirləri yalnız daşqınlar və meşə yanğınları ilə məhdudlaşmır. Həddindən artıq isti hava və ətraf mühitin pisləşməsi, insanların zehni sağlamlığını pisləşdirə bilər. Bu vəziyyətlər narahatlıq, depressiya və travma sonrası stres pozğunluğu ilə əlaqələndirilir. Xüsusilə gənclər bu təsirlərə daha həssasdırlar.
“The Lancet Planetary Health” jurnalında dərc olunmuş sorğuya görə, Avropa ölkələrindəki gənclərin böyük bir hissəsi iqlim dəyişikliklərindən narahatdır. Bu narahatlıq onların fəaliyyət qabiliyyətinə də təsir edir. Sloveniyada 2023-cü il daşqınlarına qarşı mübarizədə səyyar zehni sağlamlıq qrupları və icma fəaliyyətləri minlərlə ailəyə dəstək olub.
Estoniyada isə “İqlim narahatlığı ilə mübarizə” layihəsi çərçivəsində gənclər üçün təlimlər təşkil edilərək, emosiyaların idarə olunması və mübarizə bacarıqları inkişaf etdirilib. ÜST-nin Avropa seqmenti, 2026-2030-cu illər üçün hazırladığı proqramda iqlim və sağlamlıq tədbirlərini prioritetlər arasında göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
Xərçəng vaksini ilə bağlı şok xəbərdarlıq: metastazlar yenidən qayıda bilər
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?