Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Arıqlamaq üçün istifadə edilən GLP-1 qrupuna aid dərmanların qəfil dayandırılması bəzi şəxslərdə psixiatrik əlamətlərlə nəticələnə bilər. Baku.ws-ın məlumatına görə, tirzepatid preparatının istifadəsini dayandıran iki kişi, psixoz və maniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu hadisələrlə bağlı araşdırma “The Primary Care Companion for CNS Disorders” tibb jurnalında dərc edilib. İlk hadisə 2025-ci ilin oktyabrında 61 yaşlı bir kişi ilə bağlıdır. O, preparatı ürəkbulanma səbəbindən avqust ayında dayandırıb və daha sonra depressiya, paranoya, qarışıqlıq, hallüsinasiyalar kimi əlamətlər yaşayıb.
Digər hadisədə isə 52 yaşlı bir kişi maniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Altı ayda 45 kiloqram arıqlayan bu şəxs tirzepatidi qəfil dayandırıb və sonradan həddindən artıq danışıq, özünü üstün görmə, impulsivlik kimi əlamətlər müşahidə edilib.
ƏLAQƏLİ
Bel çevrəsinin ölçüsü ölüm riskindən xəbər verir: Alimlərdən gözlənilməz nəticə
Həkimlər, bu halların dərmanın dayandırılması ilə birbaşa əlaqəli olduğunu təsdiqləməyiblər, lakin hər iki şəxsin əvvəllər də psixoloji problemləri olduğu bildirilib. İkinci şəxsdə B12 vitamini çatışmazlığı və kannabis istifadəsinin artması da qeyd edilib.
Tədqiqatçılar, GLP-1 preparatlarının dayandırılmasının bəzi risk qruplarında psixiatrik əlamətlərin yaranmasına səbəb ola biləcəyini istisna etmirlər. Lakin iki hadisə əsasında səbəb-nəticə əlaqəsi qurmaq mümkün deyil. Mütəxəssislər, bu dərmanların istifadəsində və dayandırılmasında həkim nəzarətinin vacibliyini vurğulayırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
İqlim təsirləri də xroniki stres yaradırmış
Xərçəng vaksini ilə bağlı şok xəbərdarlıq: metastazlar yenidən qayıda bilər
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır