Azarkeşlərin sayının artırılması üçün işlər başlanılır
“Azərbaycan futbolunda ən böyük problemlərdən biri azarkeş qıtlığıdır. Toplantında bu məsələ də müzakirə olundu”.
“Report” xəbər verir ki, bunu “Neftçi” klubunun prezidenti Kamran Quliyev Premyer Liqada tamaşaçı azlığının səbəbləri barədə AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra danışarkən deyib. O, azarkeşlərlə işlərin təkmilləşdirilməsini müzakirə etdiklərini bildirib: “Mövcud rəqəmləri qoruyub, azarkeş sayının artması üçün işlərin görülməsi üçün addımlar atılmalıdır. Bu yöndə müəyyən tövsiyələr də olub. Ümumi bir konsepsiya yaradılmalıdır”.
K.Quliyevin sözlərinə görə, tamaşaçı sayının artırılması üçün AFFA da öz təkliflərini verməyə hazırdır: “Bu işin stimullaşdırılması üçün tədbirlər, konsertlər, əvvələr olduğu kimi lotereyalar və s. təşkil etmək olar. Milli assosiasiya bu istiqamətdə işlərin aparılması üçün klublara həm müraciət etdi, həm də dəstəyini təklif etdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rafael Ağayev Premyer Liqada finala yüksəlib
"Barselona" 300 milyonluq təklifdən imtina etdi
“Neymar özünü gülünc vəziyyətə saldı” – Futbol əfsanəsindən münasibət
“Diqqətli olmalıyıq” - Q.Qurbanovdan açıqlama
Günün oyunlar - Avropa Liqasında qrup mərhələsinin III turu start götürür
AFFA “Neftçi”ni cəzalandırıb