Azarkeşlərdən azərbaycanlı iş adamına etiraz - Türkiyədə (Video)
Azərbaycanlı iş adamı Rauf İsmayılov ötən ilin may ayında Türkiyə ikinci liqasında mübarizə aparan “Darica Gənclərbirliyi” klubunu almışdı.
“Qafqazinfo” xəbər verir ki, həmin vaxt klubu yüksək liqaya çıxarmaq istədiyini deyən iş adamı böyük hədəflərinin olduğun açıqlamışdı.
Lakin hazırda adıçəkilən klubun vəziyyəti yaxşı deyil. Belə ki, futbolçuların maaşları ödənmir. Bundan əlavə klub təlim-məşq toplanışını da sona qədər davam edə bilməyib. Maddi problemlər üzündən onlar toplanışı yarımçıq tərk ediblər.
Bundan əlavə komandanın azarkeşləri də etiraz edirlər. Onlar klubun ofisi qarşısında yığışaraq “Rauf hardasan, Allah bəlanı versin” deyə şüarlar səsləndiriblər.
https://www.youtube.com/watch?time_continue=12&v=zhfcFrKA1Bo
https://www.youtube.com/watch?time_continue=87&v=mIEIm6KmiZU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?