AZAL Tiflisə uçuşları bərpa etdi
Bu ilin oktyabrın 28-dən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Tiflis-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, AZAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.
Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız “AZAL” QSC-nin struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilirdi.
“AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
“AZAL” aviaşirkətinin “Klassik” reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir