13.04.2022 - 11:45
Hadisə
35 baxış
Azad olunan tələbə Azərbaycan diasporuna təhvil verildi
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.
“Minval.info” Report-a istinadən xəbər verir ki, proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində həyata keçirilib.
Qeyd edək ki, H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.
Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
13.09.2026 - 20:56
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
13.09.2026 - 19:11
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
13.09.2026 - 13:35
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
13.09.2026 - 12:04
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
13.09.2026 - 11:43
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
13.09.2026 - 09:58
Qanlı göldə balıqların kütləvi ölümü!
13.09.2026 - 09:51
Qeşm adasında partlayış səsləri: Gərginlik artır
13.09.2026 - 09:37