Azad olunan ərazilərdən 10 tona yaxın metal aparmaq istəyən şəxslər həbs edilib
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Minval.info-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “Saxla” işarəsi verilib.
Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.
Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar.
Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada
