Azərbaycanlıları evində qul kimi işlədən erməni generalın dəhşətli əməlləri - Şok VİDEO
Bir neçə gün əvvəl bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi, həmçinin 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinərək həbs olunan sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanla bağlı yeni tükürpədici faktlar ortaya çıxıb.
Publika.az asekose.am saytına istinadən xəbər verir ki, onun bağ evində axtarışlar zamanı aşkarlanan arxiv fotoları erməni generalın azərbaycanlılarla yanaşı, erməniləri də qul kimi saxladığı və onlara işgəncələr verdiyini müəyyən edib.
Arxiv fotolarına görə, general ona haqq vermədiyi üçün erməni iş adamlarını evinin zirzəmisində qul kimi saxlayıb. Daha dəhşətli fakt isə Ağdərə rayonunda 1994-cu il martın 24-də baş verən hadisə ilə bağlıdır. İnternetdə yayılna videoya görə, Manvel Qriqoryanın əmri ilə asılan bir erməni əsgərin cəsədi ipdən endirilir. Manvel Qriqoryanın evindən həmçinin Ağdərədə ona tabe olmayan erməni düyüşçüsünü asaraq öldürdüyünü əks etdirən foto da aşkarlanıb.
Daha əvvəl isə erməni saytları onun guya azərbaycanlılar tərəfindən asdığını iddia etmişdilər.
Qeyd edək ki, Manvel Qriqoryan Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqları ilə yadda qalıb. O, sonrakı dövrdə bu qəddarlığının “çörəyini yeyib”. Qriqoryan haqqında yayılan məlumatlara görə, o, müharibə zamanı erməni hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlılardan birini öz evində 4 il müddətində qul kimi işlədib.
Minval.info
https://www.youtube.com/watch?v=p48Hs-_3PpU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr açıqlanıb
Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Kəşmir yenə qarışdı - Ölənlər və yaralananlar var
Villalar, maşınlar, xüsusi mühafizə - Qəhrəman kimi yaşayan QATİL KİMDİR?
ABŞ və "Taliban" barışıq sazişi imzalayıb
Zelenski müttəfiqlərə çağırış edib: “Vaxt itirmək olmaz”