"Azərbaycanlı tələbə kazinoya görə intihar edib" - Açıqlama
Bir neçə gün bundan qabaq Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib.
Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadə Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olub.
Tələbənin intihar etməsinə səbəb kazinoda çoxlu miqdarda pul uduzmasıdır. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında tələbənin kazinoda uduzması məsələsindən xəbərdar olduğunu deyib.
“Daxili İşlər Nazirliyinin tam versiyası o deyil ki, bu tələbə məhz kazinoya görə intihar edib. Sadəcə, belə fikirlər dolaşır. Hər halda, rəsmi açıqlama olacaq. Çünki istintaq gedir. İstintaqın açıqlamasından sonra intiharın səbəbləri bəlli olacaq”.
Azər Süleymanov onu da bildirib ki, kazino Gürcüstanda normal qəbul olunur.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
“Azərbaycandan 5 minə yaxın tələbə Gürcüstanda təhsil alır. Deputat olaraq onların hamısı ilə görüşmək imkanımız yoxdur. Amma bir çox cəmiyyətlərimiz tələbələrimizlə sıx əlaqədədir.
Təbii, bura gələn tələbələrin içində kazino meyllisi də ola bilər. Gürcüstan müstəqil dövlətdir. Kazinoların fəaliyyətinə icazə verdiyinə görə kimsə ona yasaq qoya bilməz. Gürcüstana çoxlu sayda turist gəlir ki, onların da bir neçə faizi məhz kazino üçün gəlir. İstər Batumidə, istərsə də Tbilisi kazinolar fəaliyyət göstərir.
Bu da Gürcüstanda normal qəbul edilir. Biz əleyhinə olsaq da, Gürcüstan iqtisadiyyatı onun üzərində qurulub. Üstəlik, kazino rəhbərləri ora gələn insanlar barədə açıqlama vermir”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı