14.03.2021 - 16:26
Kriminal
28 baxış
Azərbaycanlı sevgilisinin tapançası ilə özünü vuran Qəmzənin dramı
İstanbulun Bəylikdüzü rayonundakı evlərdən birində bir neçə gün əvvəl baş vermiş müəmmalı intihar hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
20 yaşlı gənc qadın Gəmzə Zümrüttaşın intiharına görə onun Azərbaycan vətəndaşı olan sevgilisi, 31 yaşlı X.B. saxlanılmışdı. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib, bu şəxs intihara təşviq etməkdə günahlandırılır. Belə ki, gənc qadının intihar üçün istifadə etdiyi tapançanı ona azərbaycanlı sevgilisinin verdiyi üzə çıxmışdı.
“Sabah” qəzeti gənc qadının ailə üzvləri ilə danışıb, onun yaşadığı dramın və faciəli ölümünün bəzi təfərrüatlarını əldə edib. Məlum olub ki, Gəmzə 3 il əvvəl, 17 yaşı olanda evlənib. Bu evlilikdən bir qızı dünyaya gəlib. Lakin həyat yoldaşı ilə yola getmədiyi üçün ayrılıb. Daha sonra Azərbaycan vətəndaşı X.B. ilə tanış olub və onunla, habelə bu şəxsin anası ilə birlikdə Bəylikdüzündəki mənzildə yaşamağa başlayıb. Hadisədən bir ay əvvəl onların həbsdən şərti azadlığa çıxdığı bildirilir. Gəmzə və azərbaycanlı sevgilisinin narkotik üstündə tutulduğu deyilir. Gənc qadının intihar üçün istifadə etdiyi tapança onun sevgilisinin olub və rəsmi icazəsi yox imiş.
Habelə məlum olub ki, Gəmzə azərbaycanlı ilə tanış olmazdan əvvəl-boşanandan sonra başqa biri ilə tanış olub və münasibət qurub. Lakin həmin şəxs cinayət zamanı öldürülüb, bundan sonra Gəmzə depressiyaya düşüb, sosial şəbəkələrdən bədbin paylaşımlar edib.
Onun yaxınları deyir ki, Gəmzə intihar edəcək biri deyildi, körpəsini çox sevirdi. “Gəmzənin yeddi qardaşı, bacısı var. Bacısı istisna olmaqla qalan ailə üzvlərinin hamısı Muğlada yaşayır. O, İstanbulda Azərbaycan vətəndaşı olan sevgilisi və onun anası ilə birlikdə yaşayırdı. Gəmzə intihar edəcək qız deyildi. Sevgilisi narkotik istifadə edirmiş. Vaxtilə hər ikisi tutulub. Hadisə vaxtı da onlar mübahisə edirmiş. Nə yaşandı, nə oldu bilmirik. Hər şey ekspertizanın rəyindən sonra üzə çıxacaq”,-gənc qadının yaxınlarından biri deyib.
Polis hələlik hadisə ilə bağlı intihar maddəsi ilə cinayət işi qaldırıb, amma istisna deyil ki, ekspertizanın rəyindən sonra bu maddə dəyişdiriləcək…
Mənbə: Virtualaz.org

ƏLAQƏLİ
Bunu da oxu
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
12.10.2026 - 13:54

ƏLAQƏLİ
Bunu da oxu
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
11.10.2026 - 11:34

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
11.10.2026 - 11:34
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
10.10.2026 - 16:38
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
10.10.2026 - 11:18
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
09.10.2026 - 17:58
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
09.10.2026 - 16:58
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
09.10.2026 - 16:08
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı
07.10.2026 - 16:08